Tramp Aİ-yə siyasi rəqib kimi baxır

Dünya

20.03.2025 13:40

747

“ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) siyasi rəqib kimi baxır və ona uyğun hərəkət edir”.

TodayPress xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Bok deyib.

“Bir çox insanlar Tramp administrasiyasının Avropa təsisatlarına qarşı düşmənçiliyinin miqyasını lazımi səviyyədə qiymətləndirməmək kimi səhvə yol verir. Tramp Aİ-yə sadəcə olaraq ziddiyyətli maraqları olan beynəlxalq qrup kimi deyil, siyasi rəqib kimi baxır və ona uyğun davranır” deyə nazir bildirib.

O hesab edir ki, Trampın Rusiya ilə yaxınlaşması təkcə geosiyasi deyil, həm də ideoloji səbəblərlə bağlıdır.

Aysel Mətləb

tag: Tramp,Avropa İttifaqı,ABŞ,Rəqib,Todaypress.az,