Tramp Amerika telekanalını bağlamaqla hədələdi
ABŞ prezidenti Donald Tramp bildirib ki, liberal MSNBC telekanalı bağlana bilər.
TodayPress xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində məlumat verib.
“MSNBC bağlanmaq ərəfəsindədir. Onlar xalqın düşmənidir” Tramp yazıb.
Qeyd edək ki, MSNBC Demokratları dəstəkləyən liberal kanal hesab olunur.
Hələ noyabr ayında kiçik Donald Tramp zarafatla İlon Maska MSNBC-ni almağı təklif etmişdi.
Günəş Mərd
tag: ABŞ ,Tramp,Amerika,Telekanal,MSNBC ,Todaypress.az,