Tramp aqressiv siyasətinə qayıdır

Dünya

28.02.2025 14:35

2643

ABŞ-nin prezidenti Donald Tramp, ölkənin silahlı qüvvələri üçün döyüş zonasından kənarda hava hücumları və xüsusi əməliyyatlarla bağlı məhdudiyyətləri yüngülləşdirib. Bu dəyişiklik, Trampın daha aqressiv antiterror siyasətinə qayıdışını göstərir. Göstəriş, müdafiə naziri Pit Heqset tərəfindən imzalanıb.

TodayPress xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.

Məlumata görə, yeni sənəd hava hücumları və xüsusi əməliyyatlar üçün məhdudiyyətləri yumşaldır, lakin hədəflərin seçilməsinə dair hələ də bəzi şərtlər qüvvədə qalır. 

Trampın yanaşmasının həm risk, həm də fayda daşıdığını, səhv qərar və mülki itkilər riskini artdığı qeyd edilib.

Nicat Osman

tag: Tramp,Heqset,ABŞ,Pentaqon,Anti-terrorizm,Todaypress.az,