Tramp: “Avropa İttifaqı ABŞ-ni “vurmaq” üçün yaradılıb”

Dünya

27.02.2025 14:55

2227

ABŞ prezidenti Donald Tramp çərşənbə günü ikinci prezidentlik dönəminin ilk kabinet iclasında Avropa İttifaqı (Aİ) ilə bağlı sərt bəyanat səsləndirib.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində bildirib.

“Aİ ABŞ-ni “vurmaq” üçün yaradılıb. Onların məqsədi budur və kifayət qədər uğur qazanıblar. Amma indi prezident mənəm” deyə Tramp bildirib.

O, tezliklə yeni tarif qərarlarını açıqlayacağını deyib:

“Artıq qərar vermişik və bunu çox yaxın zamanda elan edəcəyik. Tarif 25 faiz olacaq”.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Aİ,Tarif,todaypress.az,