Tramp: “Avropanın Ukraynaya silah göndərməsinə icazə verəcəyəm”

Dünya

17.02.2025 15:10

2414

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya ABŞ hərbi-sənaye kompleksindən silah və digər hərbi məhsullar alaraq göndərə biləcəyini açıqlayıb. TodayPress xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin sualını cavablandırarkən deyib. 

Qeyd edək ki, ötən həftə ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Qərb ölkələrinin Ukraynaya silah tədarükünü koordinasiya edən əlaqə qrupunun iclasında bildirib ki, gələcəkdə Kiyevə həm letal (öldürücü), həm də qeyri-letal hərbi yardımın əsas hissəsini ABŞ deyil, Avropa ölkələri təmin etməlidir.

Qiymət Mahir

tag: Tramp,ABŞ,Ukrayna,Silah,Todaypress.az,