Tramp Avropaya üç həftə vaxt verdi
ABŞ Prezidenti Donald Tramp Avropaya Ukraynanın “kapitulyasiyası” ilə bağlı şərtləri imzalamaq üçün üç həftə müddət qoyub.
TodayPress “Newsweek”ə istinadən xəbər verir ki, bu barədə Finlandiyadan olan Avropa Parlamenti deputatı Mika Aalto deyib.
“Amerika Birləşmiş Ştatları bizə Ukraynanın kapitulyasiyasının şərtlərini razılaşdırmaq üçün üç həftə vaxt verdi. Əgər bunu etməsək, ABŞ Avropanı tərk edəcək. Tramp indi və gələcəkdə Rusiya ilə bağlı təhlükəsizlik məsələlərini ön plana çəkir. Onlar öz problemləri ilə məşğul olsunlar. Bizim üç həftəmiz var ki, böyüyək” deyə Aalto qeyd edib.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp,Avropa,Ukrayna,todaypress.az,