Tramp: "Baydenin əfvləri etibarsızdır"

Dünya

17.03.2025 10:58

2113

"Ağ Evin keçmiş lideri Cozef Baydenin əfv fərmanları avtomatlaşdırılmış, imzanı təkrar istehsal edən cihaz tərəfindən imzalandığı üçün etibarsızdır".

TodayPress xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb. 

Qeyd edək ki, yanvarın 17-də Bayden narkotik cinayətlərində təqsirli bilinən 2500-ə yaxın adamın cəzasını yüngülləşdirib.

O, həmçinin Trampın təqiblə hədələdiyi bir sıra adamları, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri general Mark Milleyi, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru, eləcə də Kapitol və Kapitol 20-də baş vermiş hücumu araşdıran Nümayəndələr Palatasının Seçmə Komitəsinin üzvlərini qabaqcadan əfv edib. 

Beləliklə, Bayden ABŞ tarixində ən çox əfv fərmanı və əvəzetmə fərmanı verən dövlət başçısı olub.

Töhfə Səməd

tag: ABŞ,Tramp,Bayden,Əfv,Todaypress.az,