Tramp Baydenin məxfi məlumatlara çıxışını ləğv etdi

Dünya

08.02.2025 13:25

1710

ABŞ-nin keçmiş prezidenti Co Bayden artıq məxfi məlumatlara çıxış imkanı əldə etməyəcək. 

TodayPress xəbər verir ki, bu barədə prezident Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb

“Co Baydenin məxfi informasiyalara çıxışına ehtiyac yoxdur. Buna görə də biz onun bu icazəsini dərhal ləğv edirik və onun üçün keçirilən gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq” Tramp yazıb. O, paylaşımına sarkastik “Co, sən işdən çıxarıldın!” ifadəsini əlavə edib.

Trampın sözlərinə görə, bu qərarın iki əsas səbəbi var. Birincisi, Baydenin kognitiv problemləri səbəbindən ona məxfi məlumatların etibar edilməməsidir. İkincisi isə 2021-ci ildə Baydenin Trampın milli təhlükəsizlik məlumatlarına çıxışını bağlamasıdır.

Bundan əvvəl Tramp keçmiş prezident Baydenə qarşı araşdırma aparılmasının vacib olduğunu bildirmişdi. O, istehza ilə Baydenin özünü əfv etməli olduğunu da qeyd etmişdi.

Qeyd edək ki, Bayden administrasiyasının keçmiş rəsmiləri Trampın prezident kimi verdiyi fərmanlara qarşı mübarizə aparmaq üçün xüsusi mərkəz yaradıblar. Onlar Trampın qərarlarını məhkəmədə mübahisələndirməyi və ictimai rəyə təsir göstərməyi planlaşdırırlar.

Qiymət Mahir

tag: Tramp,Co Bayden,ABŞ,Dünya,todaypress.az,