Tramp beynəlxalq yardımları kəskin azaltdı
ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ-nin xarici ölkələrə göstərdiyi beynəlxalq yardım proqramlarını kəskin şəkildə ixtisar edib.
TodayPress xəbər verir ki, bu barədə “Politico” nəşri Konqresə təqdim olunan rəsmi sənədə istinadla yazıb.
Bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) idarə etdiyi 5300-dən çox qrant və müqavilənin qüvvəsi dayandırılıb. Bu proqramların ümumi dəyəri 27 milyard dollardan çoxdur.
Eyni zamanda təxminən 8,3 milyard dollar həcmində 900-dən artıq proqram qüvvədə saxlanılıb. Ekspertlər bu addımın qlobal miqyasda ciddi nəticələr doğura biləcəyini düşünür.
Onların fikrincə, ABŞ dünyanın səhiyyə və humanitar yardım sahəsində ən böyük donorudur və bu ixtisarlar nəticəsində bir çox ölkədə sağlamlıq böhranı yarana bilər.
Qeyd edək ki, ABŞ Konqresindəki demokratlar Tramp administrasiyasının bu qərarını hüquqi müstəvidə mübahisələndirməyi planlaşdırır.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Yardım,Azalma,Todaypress.az,