Tramp bir neçə hökumət qurumunda ixtisarlar həyata keçirəcək
ABŞ Prezidenti Donald Tramp ABŞ Qlobal Media Agentliyinin və bəzi digər hökumət qurumlarının fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması haqqında fərman imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə Ağ Ev mətbuat xidməti məlumat yayıb.
Qlobal Media Agentliyi xarici siyasətin təbliğinə cavabdehdir və "Amerikanın səsi" və "Azadlıq/Azad Avropa" kimi dövlət büdcəsindən maliyyələşdirilən ABŞ radiostansiyalarının fəaliyyətini əlaqələndirir.
Rəsmi olaraq agentlik ABŞ hökumətinin müstəqil qurumu adlanır. Siyahıya həmçinin Vudro Vilson Mərkəzi, Federal Vasitəçilik və Barışıq Xidməti, Muzey və Kitabxana Xidmətləri İnstitutu, Evsizlik Problemləri üzrə İdarələrarası Şura, İnkişaf Maliyyə İnstitutları Fondu, Azlıqların Biznesinin İnkişafı Agentliyi və Arktikanın Tədqiqi Komissiyası daxil edilib.
Tramp hökumətin işinin səmərəliliyinin artırılması üzrə qurumla (DOGE) birlikdə federal işçilərin kütləvi şəkildə işdən çıxarılmasını və ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) və İstehlakçıların Maliyyə Müdafiəsi Bürosu kimi qurumların ləğvini həyata keçirir.
tag: Tramp,DOGE,Fərman,İxtisar,Todaypress.az,