Tramp birgə hərbi dəniz təlimlərindən narahat deyil
ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Çin donanmalarının iştirak etdiyi “Dəniz Təhlükəsizlik Kəməri 2025” təlimlərindən narahat olmadığını bildirib.
TodayPress xəbər verir ki, Floridadan Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində jurnalistlər ondan bu birgə manevrlərdən narahat olub-olmadığını soruşublar.
“Xeyr, qətiyyən yox. Onların hamısından güclüyük, hamısından daha çox gücümüz var. Mən Amerika ordusunu yenidən qurdum. Təəssüf ki, Cozef Bayden bu barədə heç nə etmədi, amma mən Silahlı Qüvvələri bərpa etdim” deyə Tramp suala cavab verib.
Qeyd edək ki, İran tərəfinin təşkil etdiyi “Dəniz təhlükəsizlik kəməri 2025” beynəlxalq dəniz təlimləri artıq yeddinci dəfədir keçirilir.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Rusiya,Çin,Dəniz təhlükəsizlik kəməri 2025,Todaypress.az,