Tramp “Bitcoin” Strateji Ehtiyatının yaradılması haqqında sərəncam imzaladı

Dünya

07.03.2025 15:06

2173

ABŞ prezidenti Donald Tramp federal hökumətin kriptovalyuta aktivlərinin idarə edilməsində əhəmiyyətli dəyişikliyi qeyd edən “Bitcoin” Strateji Ehtiyatının yaradılması haqqında sərəncam imzalayıb.   

TodayPress xəbər verir ki, bu barədə “Voice of America” məlumat verib.   Bildirilib ki, Tramp “Bitcoin”ə uzunmüddətli strateji aktiv statusu verərkən onun təhlükəsizliyinə işarə edib.    Fərmanda deyilir ki, “Bitcoin” məhdud tədarük və etibarlılığına görə tez-tez “rəqəmsal qızıl” adlandırılır. Tədarükü sabit olduğundan, strateji “Bitcoin” ehtiyatı yaradan ilk ölkələr arasında olmağın strateji üstünlüyü var.   Həmçinin fərmanda bildirilib ki, əvvəlki təcrübədən fərqli olaraq, bu aktivlər satılmayacaq, lakin ölkənin uzunmüddətli maliyyə strategiyasının bir hissəsi olacaq.    Aysel Mətləb

tag: Tramp,Bitkoin, ABŞ, Dollar, Ticarət, Qiymət, todaypress.az,