Tramp: “Böyük Britaniya tariflərdən razıdır”
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın ABŞ tərəfindən tətbiq edilən yeni tarif rejimindən “çox razı” olduğunu bəyan edib.
TodayPress “The Guardian”a istinadən xəbər verir ki, Tramp bu fikirləri prezident təyyarəsində jurnalistlərə açıqlamasında səsləndirib və bildirib ki, Britaniyanın baş naziri Kir Starmer tariflərlə bağlı razılığını ifadə edib.
“Bizim çox yaxşı dialoqumuz oldu. Düşünürəm ki, tətbiq etdiyimiz tariflərə görə bizdən razı qaldılar” deyə ABŞ prezidenti qeyd edib.
Bununla belə, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi mövcud vəziyyətə fərqli yanaşıb. O, ölkəsinin “protektionizmə qayıdış”dan narahat olduğunu və bu tendensiyanı təəssüf hissi ilə qarşıladıqlarını bildirib.
Qeyd edək ki, Donald Trampın planı çərçivəsində ABŞ bütün xarici məhsullara tariflər tətbiq edib.
Bu siyasətə əsasən, Böyük Britaniya və Ermənistan da daxil olmaqla əksər ölkələr üçün 10 faizlik gömrük rüsumu müəyyən olunub.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Britaniya,Tarif,Razılıq,Todaypress.az,