Tramp: “BRİKS ölkələrinə 150% rüsum tətbiq edəcəyimi bildirdim”
ABŞ Prezidenti Donald Tramp BRİKS ölkələrinə qarşı 150% tarif tətbiq etməklə hədələdiyini iddia edib. Onun sözlərinə görə, bu addım BRİKS-in dollara alternativ valyuta yaratmaq cəhdlərinə cavab olub.
TodayPress xəbər verir ki, Tramp bunu Vaşinqtonda keçirilən Respublikaçı Qubernatorlar Assosiasiyasının şam yeməyində çıxışı zamanı bildirib.
“BRİKS ölkələri dollarımızı məhv etməyə çalışırdı. Onlar yeni valyuta yaratmaq istəyirdilər.Buna görə, hakimiyyətə gələndə dediyim ilk şey bu oldu: əgər BRİKS ölkələrindən hər hansı biri dolları məhv etmək haqqında danışsa, 150% tariflə cəzalandırılacaq” deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, bu xəbərdarlıqlardan sonra BRİKS ölkələrindən heç bir reaksiya gəlməyib. “Bilmirəm, onlara nə oldu.
Son vaxtlar BRİKS-dən heç nə eşitməmişik” deyə Ağ Ev rəhbəri əlavə edib.
Qiymət Mahir
tag: Tramp,Tarif,BRİCS,Rüsum,ABŞ,Todaypress.az,