Tramp Britaniyanın adalarını Mavrikiyə verdi
ABŞ
Prezidenti Donald Tramp Böyük Britaniyanın Çaqos adalarını Mavrikiyə təhvil
vermək barədə razılaşmasına təsdiq verib.
TodayPress “Telegraph”a istinadla xəbər verir ki, bu barədə Britaniya Baş
nazirinin ofisi (“Downing Street”) məlumat verib.
Baş nazirin rəsmi
sözçüsü keçirdiyi brifinqdə bildirib ki, Mavrikiyə verilməsi planlaşdırılan
Çaqos adaları ilə bağlı razılaşmanın detalları Trampın razılığından sonra
yekunlaşmaq üzrədir:
“Düşünürəm ki,
proses davam edir. Biz Mavrikiyə hökuməti ilə bu razılaşmanın tamamlanması və
müqavilənin imzalanması istiqamətində işləyirik”.
Sözçü həmçinin
qeyd edib ki, müqavilənin Mavriki ilə imzalanmasından sonra yenidən ABŞ-ın
təsdiqinə ehtiyac qalmayacaq. Bununla belə, danışıqların yekun mərhələsinin nə
zaman başa çatacağı ilə bağlı konkret tarix verilməyib. O, əlavə edib ki, sənəd
tam imzalandıqdan sonra Britaniya Parlamentinə təqdim olunacaq.
Qeyd edək ki,
Çaqos adaları Hind okeanında yerləşir və strateji baxımdan əhəmiyyətli
ərazidir. Hazırda adalar qrupuna daxil olan tropik Dieqo Qarsiya adasında ABŞ
və Böyük Britaniyanın birgə hərbi bazası yerləşir.
tag: Tramp, Baş Nazir, Mavriki, ABŞ,Böyük Britaniya, todaypress.az,