Tramp: "Bu axmaq müharibəni dayandırın"
ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin dayandırılması ilə bağlı tərəflərə çağırış edib.
TodayPress xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Mənim hər iki tərəfə bir mesajım var, bu müharibəni dayandırın. Həftədə 5 min rus və ukraynalı hərbçiləri, üstəlik başqa insanları itiririk. Bu axmaq müharibəni dayandırın" deyə Tramp vurğulayıb.
Tramp bu çağırışının həm Rusiya, həm də Ukrayna üçün keçərli olduğunu qeyd edib.
ABŞ lideri eyni zamanda bildirib ki, Ukraynadakı münaqişənin diplomatik həlli artıq qərar qəbul etmə mərhələsinə çatıb.
Türkan İsgəndərli
tag: ABŞ,Rusiya,Ukrayna,Müharibə,todaypress.az,