Tramp Çin mallarına rüsumu 2 qat artırdı
ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını 10%-dən 20%-ə çatdırıb.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Müvafiq qərar Çin hökumətinin ABŞ-yə fentanil tədarükünü məhdudlaşdırmaq üçün addımlar atmadığına görə qəbul edilib.
“Çin kooperativ hüquq-mühafizə səyləri vasitəsilə qanunsuz narkotik böhranını yumşaltmaq üçün adekvat addımlar atmayıb və 14195 saylı İcra Sərəncamında təsvir olunan böhran həll olunmayıb" deyə məlumatda qeyd olunub.
Nicat Osman
tag: Tramp,Çin,Gömrük,Rüsum,Todaypress.az,