Tramp Çinə rüsumların 80%-ə endirilməsinə icazə verdi

Dünya

09.05.2025 18:10

17

ABŞ prezidenti Donald Tramp Çinə qarşı idxal rüsumlarının 80%-ə endirilməsinə icazə verib.

TodayPress xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.

Tramp deyib ki, Çinə qarşı tariflərin 80%-ə endirilməsi düzgün addım kimi görünür.

"Çin öz bazarlarını ABŞ-yə açmalıdır” deyə Ağ Ev rəhbəri fikrini bildirib. O, bunun Pekin üçün çox müsbət addım olacağını deyib.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Çin,İdxal rüsumu,todaypress.az,