Tramp daha bir qurumun işçilərini məzuniyyətə göndərdi

Dünya

06.02.2025 13:15

2194

ABŞ prezidenti Donald Tramp administrasiyasının Ətraf Mühitin Mühafizəsi Agentliyinin Ətraf Mühitin Mühafizəsi və Mülki Hüquqlar İdarəsinin 100-dən çox əməkdaşını inzibati məzuniyyətə göndərib

TodayPress xəbər verir ki, bu barədə “ The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Əlavə olaraq bildirilib ki, ABŞ-nin 47-ci prezidenti bu departamentdə ciddi kadr dəyişiklikləri edəcək. 

Bir çox işçinin məzuniyyətə göndərilməsi bu siyasətin başlanğıcı olduğu vurğulanıb.

Nicat Osman

tag: Tramp,ABŞ,Məzuniyyət,Departament,Todaypress.az,