Tramp dəmir və alüminium ixracına 25% vergi tətbiq edəcək

Dünya

10.02.2025 14:40

1223

ABŞ Prezidenti Donald Tramp fevralın 10-da jurnalistlərlə söhbəti zamanı ABŞ-yə tədarük edilən dəmir və alüminiuma 25% vergi tətbiq edəcəyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə Ağ Ev-in mətbuat xidməti məlumat yayıb.

O, həmçinin bildirib ki, yaxın günlərdə bir çox ölkələri əhatə edəcək əlavə tədbirlər barədə açıqlama verəcək. 

“Fevralın 12-də və ya 13-də mətbuat konfransında qarşılıqlı vergiləri elan edəcəyəm. Çox sadə: əgər bizdən vergi alırlarsa, biz də onlardan eyni dərəcədə alacağıq. Onlar bizdən 130% vergi alırlar, biz onlardan heç nə almırıqsa, artıq belə olmayacaq” deyə o, əlavə edib.

Tramp ABŞ-nin bu prinsipi bütün ölkələrlə ticarətdə tətbiq edəcəyini bildirib. 

Qiymət Mahir

tag: Tramp,Vergi,Dəmir,Alüminium,todaypress.az,