Tramp dövlət idarələrini köçürməyi planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası federal qurumlara ofislərini Vaşinqtondan daha ucuz bölgələrə köçürmək üçün planlar hazırlamağı tapşırıb.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Ağ Evin Administrativ-Büdcə İdarəsi və ABŞ hökumətinin Kadrlar İdarəsi bütün federal qurumlara rəsmi bildiriş göndərib. Onlara aprelin 14-ə qədər ofislərin Vaşinqtondan xərclərin daha az olduğu bölgələrə köçürülməsi ilə bağlı planlarını təqdim etmək tapşırılıb.
Bundan əlavə, Tramp administrasiyası dövlət qurumlarına aprelin ortalarına qədər işçi sayını azaltmaq üçün plan hazırlamağı da tapşırıb.
ABŞ prezidenti fevralın 26-da fərman imzalayaraq federal idarələrdə ödənişlərə nəzarət sisteminin yaradılmasını tələb edib. Bu addım xərclərin azaldılması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi daşıyır.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Fərman,Köçürmə,todaypress.az,