Tramp əlavə rüsumları dayandırdı

Dünya

10.04.2025 11:15

14

ABŞ 75-dən çox ölkəyə idxal rüsumlarının tətbiqini dayandırıb. Fasilə 90 gün davam edəcək. 

TodayPress xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth" sosial şəbəkəsində bildirib. 

"75-dən çox ölkənin ABŞ nümayəndələrinə müraciət etməsini və mənim təcili xahişimlə heç bir cavab tədbiri görmədiklərini əsas götürərək, bu dövr üçün qarşılıqlı tarifin on faiz həcmində əhəmiyyətli dərəcədə azaldılmasına icazə verdim. Qərar dərhal qüvvəyə minəcək" ABŞ prezidenti bildirib. 

Eyni zamanda, Ağ Ev rəhbəri Çinə tətbiq edilən tarifləri 125 faizə qaldırıb.

O, bunu Çinin dünya bazarlarına hörmətsizliyi ilə izah edib. 

Tramp Çinə qarşı ticarət siyasətinin yumşaldılmasının əsas şərti kimi Amerika məhsullarına bütün kateqoriyalar üzrə 34 faizlik tariflərin ləğvini göstərib.

Çin Xalq Respublikası bu tələblə razılaşmayaraq, Pekinin Vaşinqtonla ticarət müharibəsində sona qədər mübarizə aparmaq niyyətində olduğunu vurğulayaraq dərəcələri 84 faizə qaldırıb.

Töhfə Səməd

tag: Tramp,Tarif,ABŞ,Çin,Qərar,Todaypress.az,