Tramp Ermənistan və Azərbaycan münasibətlərinə necə yanaşacaq? - Analitik açıqladı
“Yeni ABŞ administrasiyası əvvəlki administrasiyanın atdığı addımları şübhə ilə qarşılayır, buna görə də Trampın komandası Ermənistan və ABŞ arasında imzalanan sənədin ABŞ üçün geosiyasi faydasını yenidən nəzərdən keçirəcək”.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin “Stratfor” (RANE) analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr erməni mediasına danışıb.
Orr bildirib ki, yeni administrasiya İrana qarşı daha sərt mövqe sərgiləyir və Türkiyə ilə Azərbaycanı regionda İranı dayandırmaq potensialına malik ölkələr kimi qəbul edir. Bu səbəbdən ABŞ-nin Azərbaycanla münasibətləri yaxşı saxlamağa böyük əhəmiyyət verdiyini vurğulayıb.
Ekpert hesab edir ki, ABŞ Ermənistanla normal münasibətlərini davam etdirəcək. Paşinyan Vaşinqtona əlaqələri gücləndirmək və əvvəlki administrasiya dövründə bağlanmış sənədin müddəalarının qorunub saxlanmasını təmin etmək məqsədi ilə gedib.
“Bununla belə, ABŞ-nin Azərbaycana qarşı müəyyən qərəzli mövqeyi olacaq, bu, soyuq geosiyasi hesablamadır” deyə ekspert vurğulayıb.
Metyu Orr yeni administrasiyanın Cənubi Qafqaz üzərində əvvəlki administrasiyadan daha çox fokuslanacağını düşünmədiyini bildirib və ABŞ ilə Ermənistan arasındakı strateji sazişin, Azərbaycanın hərbi eskalasiyası halında ABŞ-nin güclü müdaxiləsini nəzərdə tutmadığını açıqlayıb.
“Yeni administrasiya, həm Türkiyə, həm də Azərbaycanla daha güclü əlaqələr qurmaq istəyir, buna görə də müdaxilə etməyəcək. Yenə də Trampın nə edəcəyini dəqiq bilmərik” Orr deyib.
Qiymət Mahir
tag: ABŞ,Yeni administrasiya,Azərbaycan,Ermənistan,Todaypress.az,