Tramp Fars Körfəzi liderləri ilə sammit keçirəcək

Dünya

03.05.2025 20:20

11

ABŞ prezidenti Donald Tramp may ayının ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı Fars Körfəzi ölkələrinin liderlərinin iştirakı ilə sammit keçirməyi planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. 

Bildirilib ki, sammitdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman və Qətərin dövlət başçıları iştirak edəcək.

Səfərin əsas məqsədi ABŞ-nin region ölkələri ilə iqtisadi əməkdaşlığını və strateji tərəfdaşlığını vurğulamaqdır.

Trampın 13 mayda Ər-Riyada gəlməsi, sammitin isə 14 mayda keçirilməsi planlaşdırılır. Daha sonra o, Dohaya və Əbu-Dabiyə səfər edəcək.

Danışıqların əsas mövzuları sərmayələr, silah satışı və süni intellekt sahəsində əməkdaşlıq olacaq. 

Qiymət Mahir

tag: Tramp,ABŞ,Fars Körfəzi,Görüş,todaypress.az,