Tramp faydalı qazıntılar üzrə sazişi imzalamaqda qətiyyətlidir
"ABŞ prezidenti Donald Tramp Ukrayna ilə faydalı qazıntılar üzrə sazişin imzalanmasına qərarlı yanaşır".
TodayPress xəbər verir ki, bu barədə prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “Fox News”a açıqlamasında bildirib.
Uoltsun sözlərinə görə, Ağ Ev nümayəndələri yaxın vaxtlarda razılaşmanın imzalanacağına əmindirlər. Onun bildirdiyinə görə, həftəsonu bu məsələ üzərində ABŞ maliyyə naziri Skott Bessent və prezident Tramp şəxsən işləyiblər.
“Saziş imzalanacaq. Prezident bu məsələni qətiyyətlə sona çatdırmaq niyyətindədir” deyə Uolts vurğulayıb.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp,Ukrayna,Ağ Ev,Saziş,todaypress.az,