Tramp federal prokurorları işdən çıxardı
ABŞ Pezidenti Donald Tramp Ədliyyə Nazirliyinə keçmiş Amerika prezidenti Cozef Bayden administrasiyası dövründə çalışmış bütün federal prokurorları işdən çıxarmaq əmri verib.
TodayPress xəbər verir ki, bu barədə o, özünün “Truth” sosial şəbəkə hesabında məlumat verib.
"Son dörd il ərzində Birləşmiş Ştatların Ədliyyə Nazirliyi heç vaxt olmadığı qədər siyasiləşib.
Buna görə də mən Bayden dövründən qalan bütün federal prokurorların işdən çıxarılmasına göstəriş vermişəm" deyə Tramp paylaşımında qeyd edib.
Nicat Osman
tag: Tramp,ABŞ,Federal,Prokuror,Todaypress.az,