Tramp fələstinlilərin Qəzzaya qayıtmasını səhv adlandırdı
ABŞ prezidenti Donald Tramp İsraillə Fələstinin HƏMAS hərəkatı arasında baş verən münaqişə sona çatdıqdan sonra fələstinlilərin Qəzzaya qayıtmasına icazə verilməyini ciddi səhv olaraq qiymətləndirib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Tramp qəzzalıların geri qayıtmasına icazə verməyin əslində HƏMAS-ın geri qayıtması olduğunu deyib
Həmçinin, o, HƏMAS hərəkatının Qəzzəya qayıtmasını istəmədiyini vurğulayıb. Eyni zamanda Tramp Fələstini böyük bir daşınmaz əmlak parçası kimi düşündüyünü və ABŞ-nin ona sahib olacağını qeyd edib.
Nicat Osman
tag: ABŞ, Tramp,Fələstin, İsrail, Qəzza,Todaypress.az,