Tramp: “Gələn həftə Səudiyyə Ərəbistanında görüş keçiriləcək”

Dünya

14.02.2025 13:00

1326

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti həftə Səudiyyə Ərəbistanında yüksək səviyyəli görüşlərin keçiriləcəyini bildirib. 

TodayPress xəbər verir ki, o, bu açıqlamanı fevralın 13-də Hindistanın baş naziri Narendra Modi ilə Ağ Evdəki danışıqlarından əvvəl verib.

“Fevralın 14-də Münhendə görüş olacaq, gələn həftə isə Səudiyyə Ərəbistanında. Bu görüş mənim və ya Rusiya prezidenti Vladimir Putinin iştirakı olmadan, lakin yüksək rütbəli rəsmilərlə baş tutacaq. Ukrayna da orada təmsil olunacaq” deyə Tramp qeyd edib. 

O, bir daha ABŞ-nin Ukrayna münaqişəsini bitirmək istədiyini vurğulayıb.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Ukrayna,Səudiyyə Ərəbistanı,todaypress.az,