Tramp Harvardı vergiyə cəlb etmək istəyir
“Əgər Harvard ictimai maraqlara yox, ideoloji gündəmlərə xidmət edirsə, artıq siyasi təşkilat kimi vergiyə cəlb olunmalıdır”.
TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.
Tramp bəyan edib ki, Harvard Universitetinin vergidən azad statusu yalnız cəmiyyətin maraqlarına xidmət etdiyi halda saxlanıla bilər. Əgər universitet siyasi və ideoloji mövqe sərgiləməyə davam edərsə, onu siyasi təşkilat kimi vergiyə cəlb etməyə çağırıb.
O, Harvardda yayılan ideoloji təsirləri “terroru dəstəkləyən xəstəlik” adlandırıb və bildirib ki, belə fəaliyyətlər dövlətin maliyyə himayəsi ilə uyğun gəlmir.
Trampın bu təklifi ali təhsil sistemindəki ultraliberal ideologiyalara qarşı mübarizə kontekstində irəli sürdüyü bildirilir.
Qiymət Mahir
tag: ABŞ,Harvard,Tramp,Vergi,todaypress.az,