Tramp həbs oluna bilər - İDDİA

Dünya

29.03.2025 14:17

2169

Demokratların namizədi növbəti seçkilərdə qalib gələrsə, ABŞ prezidenti Donald Tramp həbsxanaya düşə bilər. 

TodayPress xəbər verir ki, bu barədə Trampın keçmiş müşaviri Stiv Bannon açıqlama yayıb. 

Onun sözlərinə görə, respublikaçılar seçkilərin nəticələrinə görə sevinsələr də, reallıq partiyanın müharibə şəraitində olmasıdır.   

Keçmiş müşavir bildirib ki, Demokratlar prezident Trampı dayandırmaq üçün əllərindən gələni edəcəklər.   

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə baş tutacaq. 

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,Həbs,İddia,Todaypress.az,