Tramp HƏMAS-a “son xəbərdarlıq” etdi
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb, əks halda
ciddi nəticələrlə hədələyib.
TodayPress xəbər verir ki, bu barədə o, “Truth Social”
sosial şəbəkəsindəki səhifəsində paylaşımında bildirib.
“Bütün girovları indi azad edin, sonra deyil . Əks təqdirdə sizin üçün hər şey bitdi. Sizin gözəl gələcəyiniz ola bilər, amma
girovları saxlamağa davam etsəniz, bu belə olmayacaq. Ağıllı qərar qəbul edin —
onları indi azad edin, yoxsa bunun bədəlini ödəməli olacaqsınız” Tramp
yazıb.
Daha əvvəl Ağ ev ABŞ nümayəndələrinin HƏMAS hərəkatı ilə
Qəzza zolağındakı münaqişənin başa çatdırılması və girovların azad edilməsi ilə
bağlı danışıqlar apardığını təstiqləmişdi. Tərəflərin hələlik razılığa
gəlmədiyi qeyd olunmuşdu.
tag: Tramp, ABŞ, HƏMAS, Ağ Ev, Qəzza,todaypress.az,