Tramp Heqsetin vəzifədən uzaqlaşdırılmasını planlaşdırmır

Dünya

01.05.2025 23:30

15

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uoltsdan sonra Pentaqonun rəhbəri Pit Heqseti vəzifədən azad etməyi planlaşdırmır.

TodayPress xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, həm Uolts, həm də Heqset “Signal” messencerində informasiya sızması qalmaqalının mərkəzində olsalar da, Tramp bu məsələdə Pentaqon rəhbərinə fərqli yanaşır.

Prezident hesab edir ki, Heqset vəzifəsində qalmalıdır, çünki onun Senatda təsdiqlənməsi üçün administrasiya ciddi siyasi səylər göstərib.

tag: ABŞ, Tramp, Prezident, Mayk Uolts, Pentaqon, todaypress.az,