Tramp: “Hər şey yaxşı gedir, amma danışmağı sevmirəm”

Dünya

13.04.2025 12:15

15

ABŞ prezidenti Donald Tramp İranla yeni nüvə sazişi üzrə danışıqların gedişatı barədə konkret fikir bildirməkdən imtina edib.

TodayPress “CNN”ə istinadən xəbər verir ki, bu barədə o, “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Düşünürəm ki, danışıqlar normal gedir. Amma heç nə əhəmiyyət daşımır, ta ki, siz onu etməyincə. Buna görə də bu barədə danışmağı xoşlamıram. Hər şey yaxşı gedir. Məncə, İranla vəziyyət kifayət qədər yaxşı inkişaf edir” deyə prezident bildirib.

Məlumata görə, Tramp administrasiyası razılaşmanın əldə olunması üçün prosesi sürətləndirməyə çalışır. “CNN”in diplomatik mənbələri isə növbəti danışıqlar raundunun 19 aprelə təyin olunduğunu açıqlayıb.

Qiymət Mahir

tag: Tramp,ABŞ,İran,Danışıq,todaypress.az,