Tramp hərbi yardımı bərpa etmək üçün şərtini açıqladı

Dünya

04.03.2025 10:23

1918

ABŞ prezidenti Donald Tramp Ukrayna rəhbərliyi sülh danışıqlarına sadiqliyini nümayiş etdirənə qədər Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. 

TodayPress xəbər verir ki, bu barədə “Fox News” Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Ağ Evdə baş verən qalmaqallı mübahisədən sonra Tramp deyib ki, Kiyev Vaşinqtonla danışıqlara yalnız Ukrayna prezidenti Volodimir Zelenski sülhə sadiqliyini təsdiqlədikdən sonra qayıda bilər.

“ABŞ Ukraynaya hərbi yardımı tamamilə dayandırır. Yardım yalnız Prezident Tramp ukraynalıların səmimi sülh danışıqlarına hazır olduğunu müəyyən etdikdən sonra bərpa edilə bilər” deyə qeyd edilib.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Ukrayna,Kiyev,Dəstək ,todaypress.az,