Tramp: "Hərbi yolla Qrenlandiyaya nəzarət edə bilərik"

Dünya

05.05.2025 13:45

11

ABŞ prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarət əldə etmək üçün hərbi gücdən istifadə ehtimalını istisna etmədiyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə Tramp “NBC News”a açıqlama verib.

“Bunu edəcəyimi demirəm, amma heç nəyi istisna etmirəm. Qrenlandiya beynəlxalq təhlükəsizlik baxımından ABŞ üçün vacibdir" deyə o bildirib.

O əlavə edib ki, bu məsələ ilə bağlı hərbi ssenari “tamamilə mümkün” görünür.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Qrelandiya,Hərbi yol,todaypress.az,