Tramp heyvanlara rüsum tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp Avstraliyanın Hind okeanının cənubundakı pinqvinlərin məskəni olan Herd və Makdonald adalarına gömrük rüsumları tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilir ki, bu adalara 10 % rüsum tətbiq ediləcək.
Herd və Makdonald adalarında pinqvinlər, pinnipedlər və dəniz quşları yaşayır.
Yəni, burada insanların məskunlaşması üçün şərait yoxdur.
Qeyd edək ki, ABŞ hökuməti idxal olunan bütün məhsullara rüsum tətbiq edəcək.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Heyvan,Rüsum,Todaypress.az,