Tramp: Husilərə qarşı hücumlar gəmiçilik üçün təhlükə sovuşana qədər davam edəcək
ABŞ-nin husilərə qarşı hərbi hücumları
gəmiçilik üçün təhlükə sovuşana qədər davam edəcək.
TodayPress-in xəbərinə görə, bu barədə ABŞ Prezidenti
Donald Tramp "X" sosial şəbəkəsində yazıb.
"İran tərəfindən dəstəklənən husi terrorçuları son
iki həftə ərzində davamlı hücumlarla darmadağın edilib. Onların bir çox
döyüşçüləri və liderləri artıq aramızda deyil. Biz onları gecə-gündüz, getdikcə
daha sərt şəkildə vururuq. ABŞ gəmilərinə atəş açmağı dayandırın, biz də sizə
atəş açmağı dayandıracağıq. Əks halda həm husilər, həm də onların İrandakı
himayədarları üçün əsl çətin mərhələ yetişməkdədir” ABŞ lideri qeyd edib.
tag: ABŞ, Husi, Tramp, Müharibə, Hücum, todaypress.az,