Tramp husilərin hücumlarının arxasında İranın olduğunu bildirdi
ABŞ Prezidenti Donald Tramp Yəmənin husi
qiyamçılarının hücumlarının arxasında İranın olduğunu bildirib.
TodayPress xəbər verir ki, müvafiq məlumatı Amerika
lideri “Truth” sosial şəbəkəsində yayıb.
“Kiminsə sizi aldatmasına imkan verməyin! Yəməndə
məskunlaşan, Yəmən xalqının nifrət etdiyi quldurlar və başkəsənlər tərəfindən
həyata keçirilən yüzlərlə hücum İrandan qaynaqlanır və onun tərəfindən
yaradılıb. Husilərin növbəti hücumları və ya cavab addımları daha böyük güclə
qarşılanacaq və bu qüvvənin orada dayanacağına da zəmanət yoxdur” Tramp yazıb.
O, Vaşinqtonun husilərin bütün hücumlarına görə Tehranı
məsul biləcəyini bildirib və İranı buna qarşılıq veriləcəyi ilə hədələyib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti İranın husilərin
hər bir addımına diktə etdiyini, onlara silah, vəsait və yüksək texnologiyalı
hərbi texnika, eləcə də kəşfiyyat məlumatları verdiyini iddia etmişdi: “Bundan
sonra husilər tərəfindən açılan hər bir atəş İran silahından, İran rəhbərliyi
tərəfindən açılann atəş sayılacaq və İran buna görə məsul olacaq, bunun
nəticələri isə ağır olacaq”.
tag: Tramp, Yəmən, Husi, ABŞ, İran, todaypress.az,