Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək
ABŞ prezidenti Donald Tramp may ayının ortalarında Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, bu Trampın 2025-ci ilin yanvarında ikinci dəfə prezident səlahiyyətlərini icra etməyə başlamasından sonra ilk xarici səfəri olacaq.
İki amerikalı rəsmi və səfərlə tanış olan mənbələr bildiriblər ki, Trampın bu səfəri prezidentlik dövrünün yeni mərhələsinin mühüm siyasi jesti kimi nəzərdən keçirilir.
Eyni zamanda, mənbələrin məlumatına görə, səudiyyəlilər Trampın səfərinin Rusiya və Ukrayna arasında atəşkəs əldə olunmasından sonra baş tutmasını istəyirlər.
Bu, səfərin beynəlxalq kontekstini daha da önəmli edir.
“Axios” yazır ki, nə Ağ Ev, nə də Vaşinqtondakı Səudiyyə Ərəbistanı səfirliyi bu səfərlə bağlı sualları şərh etməyib.
İsrailli rəsmilər isə portala bildiriblər ki, həmin səfər çərçivəsində Trampın İsrailə gedəcəyi ilə bağlı hələlik heç bir müzakirə aparılmayıb.
Qiymət Mahir
tag: ABHŞ,Tramp,Səudiyyə Ərəbistan,Səfər,Todaypress.az,