Tramp: İran danışıqlar aparmalıdır, yoxsa çox pis nəticələrlə üzləşəcək
"Biz ya danışıb müzakirə etməli olacağıq, ya da İranla çox
pis şeylər olacaq. Mən bunun baş verməsini istəmirəm."
TodayPress xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.
ABŞ Prezidenti
İslam Respublikasının onun diqqətlə izlədiyi məsələlər siyahısında birinci
yerdə olduğunu vurğulayıb.
O, İranın Ali
Rəhbəri Seyid Əli Xameneiyə yazdığı məktubun məzmununa toxunub: “Mən məktubda
bildirdim ki, siz qərar verməlisiniz: Ya danışıqlar yolu ilə məsələni həll
etməliyik, ya da İranın başına çox pis şeylər gələcək və mən bunun olmasını
istəmirəm”.
Tramp
gərginliyin sülh yolu ilə həllini istədiyini bildirib: “Ən böyük üstünlük
verdiyim odur ki, bunu İranla həll edək. Amma bu baş verməsə, İran çox pis
nəticələrlə üzləşəcək".
tag: Tramp, ABŞ, Ağ Ev, İran, Məktub, Todaypress.az,