Tramp İrana güzəştə getməyə hazırdır, bir şərtlə...
ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılıq əldə etmək üçün güzəştə getməyə hazırdır.
TodayPress xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
Nəşr, adı çəkilməyən amerikalı məmura istinadən yazır ki, Tramp razılaşma əldə etmək üçün güzəştə getməyə hazırdır.
"Axios" əlavə edib ki, Omanda İranla danışıqlarda Amerika nümayəndə heyətinin məqsədi qarşı tərəfin razılaşmaya hazır olub-olmadığını anlamaqdır.
Xatırladaq ki, aprelin 12-də Omanın vasitəçiliyi ilə Maskatda ABŞ və İran arasında nüvə sazişi üzrə dolayı danışıqlar başlayıb.
“Reuters”in məlumatına görə, görüşdə tərəflər İranın nüvə proqramı ilə bağlı məhdudiyyətlərin qarşılığında bəzi sanksiyaların yumşaldılmasını müzakirə edəcəklər.
Töhfə Səməd
tag: Tramp,ABŞ,İran,GÜzəşt,Todaypress.az,