Tramp İranın nüvə silahı almasına qarşıdır

Dünya

13.04.2025 19:10

17

"ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıdır". 

TodayPress xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset deyib. 

Onun sözlərinə görə Tramp bu məsələni danışıqlar yolu ilə həll etmək istəyir. Amma əks halda hərbi münaqişə baş verə bilər. 

Xatırladaq ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndələri arasında dolayı danışıqlar keçirilib. İran tərəfini xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ni isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. 

Qeyd edək ki, növbəti görüş aprelin 19-da olacaq.

Türkan İsgəndərli

tag: ABŞ,İran,Nüvə,Pentaqon,todaypress.az,