Tramp İsrailin İran planını dayandırdı

Dünya

17.04.2025 11:25

13

ABŞ prezidenti Donald Tramp İsrailin İranın nüvə obyektlərinə planlaşdırdığı hücumu bloklayıb. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” administrasiyadakı mənbələrə istinadla yazıb.

Məlumata görə, İsrail may ayında İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırıb.

Hücumun məqsədi Tehranın nüvə silahı hazırlamaq imkanlarını azı bir il müddətinə məhdudlaşdırmaq olub.

Lakin İsrail bu əməliyyat üçün həm İrandan mümkün cavab zərbələrinə qarşı qorunmaq, həm də əməliyyatın uğurla həyata keçirilməsi baxımından ABŞ-nin dəstəyinə ümid edirdi.

Lakin bir neçə aylıq daxili müzakirələrdən sonra Donald Tramp hərbi əməliyyatın əleyhinə çıxıb və İranla diplomatik danışıqlara başlamağı seçib. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,İran,İsrail,Todaypress.az,