Tramp İtaliyaya səfər edəcək
ABŞ prezidenti Donald Tramp tezliklə İtaliyaya səfər edə bilər.
TodayPress xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş məlumat verib.
Herş, Trampın Qərbi Avropadakı ən yaxın tərəfdarlarından biri kimi İtaliyanın Baş naziri Ciorcio Meloninin adını çəkib.
“Mənə məlumat verildi ki, Tramp tezliklə dövlət səfəri üçün Romaya gedəcək. Lakin bu hələ rəsmi olaraq açıqlanmayıb” jurnalist əlavə edib.
Töhfə Səməd
tag: Tramp,İtaliya,Səfər,ABŞ,Todaypress.az,