Tramp: “Kanada ilə işləmək bərbaddır”
ABŞ prezidenti Donald Tramp Kanada ilə münasibətləri sərt tənqid edib və bu ölkə ilə əməkdaşlığın onun üçün “bərbad” olduğunu bildirib.
TodayPress xəbər verir ki, o, bu fikirləri “Fox News”a verdiyi müsahibədə səsləndirib.
Tramp bir daha iddia edib ki, Kanada “51-ci ştat” olmalıdır. Həmçinin o, ölkəni pis ticarət tərəfdaşı kimi xarakterizə edib.
“Onlar böyük tariflər tətbiq edirlər. Mən Ayova və Nebraska ştatlarında görüşlər keçirəndə insanlar həmişə Kanadadan şikayətlənirdilər. Kanada bizi soyur. Kanada ilə çox böyük ticarət kəsirimiz var” deyə Tramp vurğulayıb.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Kanada,Ticarət,Tərəfdaş,Todaypress.az,