Tramp: “Kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyə yaxınıq”
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyə yaxın olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Tramp həmçinin Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna rəsmiləri arasında baş tutacaq görüşdən müsbət nəticələr gözlədiyini vurğulayıb: “İnanıram ki, bu həftə böyük irəliləyiş əldə edəcəyik".
Qeyd edək ki, ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırması Vaşinqtonun Ukraynaya hərbi yardımını dayandırmasının ardından qərara alınıb.
Qiymət Mahir
tag: Tramp,Ukrayna,ABŞ,Zelenski,Kəşfiyyat,Məlumat,Todaypress.az,