Tramp köməkçisini müdafiə etdi: “Uolts dərsini aldı”

Dünya

25.03.2025 18:31

858

ABŞ prezidenti Donald Tramp “Signal” messencerindəki qapalı hökumət çatından məlumat sızması ilə bağlı qalmaqala baxmayaraq, milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uoltsa etimadını davam etdirdiyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb. 

Tramp hadisəni “əhəmiyyətsiz texniki nasazlıq” kimi qiymətləndirib və vurğulayıb ki, bu son iki ayda baş verən ilk belə hadisədir və ciddi nəticələrə səbəb olmayıb.

“Məncə, Uolts dərsini aldı. O, yaxşı insandır” deyə ABŞ prezidenti müsahibəsində bildirib.

Tramp əlavə edib ki, sözügedən hadisə Yəməndə husilərə qarşı həyata keçirilən hərbi əməliyyatlara heç bir təsir göstərməyib və bu zərbələr “tamamilə uğurlu” olub.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Uolts,Dünya,Yəmən,todaypress.az,