Tramp kömür əsaslı elektrik istehsalına icazə verdi

Dünya

18.03.2025 10:12

1864

Amerika prezidenti Donald Tramp ABŞ-də kömürlə işləyən elektrik istehsalının yenidən həyata keçirilməsinə icazə verdiyini açıqlayıb. 

TodayPress xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.   

Trampın sözlərinə görə, digər ölkələr, o cümlədən Çin, kömürlə işləyən elektrik stansiyalarını artan şəkildə açaraq əhəmiyyətli iqtisadi fayda əldə ediblər.

Ağ Ev rəhbəri də prosesə qoşularaq Amerika  iqtisadiyyatını gücləndirmək niyyətindədir. 

Qeyd edək ki, ABŞ-nin əvvəlki prezident Cozef Bayden iqlim dəyişikliyi ilə əlaqədar kömürdən istifadənin yenidən nəzərdən keçirilməsi qərarını qəbul etmişdi.   

Türkan İsgəndərli

tag: Tramp,ABŞ,Kömür,İstehsal,Enerji,Todaypress.az,