Tramp Konqres Kitabxanasının rəhbərini vəzifəsindən azad etdi

Dünya

09.05.2025 13:50

14

ABŞ prezidenti Donald Tramp Konqres Kitabxanasının rəhbəri Karla Heydeni vəzifədən azad edib. 

TodayPress xəbər verir ki, bu barədə “NBC News” Tramp administrasiyasının göndərdiyi rəsmi məktuba istinadən məlumat yayıb.

Prezidentin kadrlar üzrə müavini Trent Morsun adından göndərilən məktubda qeyd olunur: 

“Prezident Donald Trampın adından sizə bildirirəm ki, Konqres Kitabxanasının rəhbəri vəzifəniz dərhal ləğv edilir”.

Kitabxananın rəhbər müavini Robert Nyulenin əməkdaşlara göndərdiyi məktubda da Karla Heydenin vəzifədən azad edildiyi təsdiqlənib. O bildirib ki, yeni təyinat olana qədər kitabxananın rəhbərliyi ona həvalə olunub.

Qeyd edək ki, Karla Heyden 2016-cı ildə ABŞ prezidenti Barak Obama tərəfindən bu vəzifəyə təyin edilmiş və Senatın iki partiyalı dəstəyi ilə təsdiqlənmişdi. O, bu vəzifəyə gətirilən ilk qadın və ilk afroamerikalı şəxs olmaqla yanaşı, 2015-ci ildən etibarən tətbiq edilən 10 illik müddətli təyinat çərçivəsində ilk kitabxana rəhbəri idi. Onun səlahiyyət müddəti gələn il başa çatacaqdı.

Qiymət Mahir

tag: ABŞ , Donald Tramp,Konqres Kitabxanası,Karla Heyden,todaypress.az,