Tramp koqnitiv qabiliyyət testindən keçdi
ABŞ prezidenti Donald Tramp koqnitiv qabiliyyətlərini müəyyən etmək üçün testdən keçdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, o, bunu prezident təyyarəsinin göyərtəsində jurnalistlərə açıqlamasında deyib.
"Mən özümü yaxşı vəziyyətdə hiss edirəm: yaxşı ürək, yaxşı ruh. Mən Baydendən bir az fərqli olmaq istədim, idrak testindən keçdim" deyə Amerika prezidenti izah edib.
O, bütün suallara düzgün cavab verdiyini vurğulayıb.
"Cozef Bayden və ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris belə bir yoxlamadan keçməyiblər" Tramp deyib.
Töhfə Səməd
tag: Tramp,ABŞ,Qabiliyyət,Test,Todaypress.az,